Neft yenə də ucuzlaşdı

17:46 - 6 Sentyabr 2021

Neft yenə də ucuzlaşdı

“Saudi Aramco” şirkəti tərəfindən Asiya müştəriləri üçün oktyabr ayında satış qiymətlərinin azalacağına dair verilmiş açıqlamadan sonra bu gün dünya neft bazarında qiymətlər azalıb.

Manset.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14.37-ə olan vəziyyətə görə “Brent” markalı neftin noyabr fyüçersləri 0,66 % ucuzlaşaraq 72,13 ABŞ dollarından, “WTI” markalı neftin oktyabr fyüçersləri də 0,65 % ucuzlaşaraq 68,83 ABŞ dollardan satılıb.

Qeyd edək ki, “Aramco” istinad rolu oynayan “Arab Light” markalı neftin qiymətini ekspertlərin güman etdiyi 0,6 ABŞ dollara qarşı 1,3 ABŞ dolları aşağı salıb. Bu qərar OPEC+ tərəfindən gündəlik hasilatın bundan sonra da hər ay 400 min barel artırılacağını açıqlamasından bir neçə gün sonra verilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin