Azərbaycan kürüsü Avropa bazarına ixrac olunacaq

18:47 - 3 May 2023

Azərbaycan kürüsü Avropa bazarına ixrac olunacaq

Agentlik tərəfindən 2022-ci il ərzində balıqyetişdirmə müəssisələrindən (akvakulturadan) əldə olunan kürü məhsullarına dair Monitorinq Planı hazırlanıb və uğurla icra edilib.

 

Manset.az xəbər verir ki, AQTA-dan bildirilib ki, monitorinqin nəticələri Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Direktorluğu tərəfindən təhlil olunduqdan sonra Azərbaycan Respublikasının adı “Avropa Parlamentinin və Şurasının 2017/625 saylı Qaydasına uyğun olaraq, insan istehlakı üçün nəzərdə tutulmuş heyvan mənşəli məhsulları Avropa İttifaqına daxil olmasına icazə verilmiş üçüncü tərəf ölkələrin və ya onların regionlarının siyahıları”nın 2021-ci il 24 mart tarixli 405 nömrəli qaydasının müvafiq əlavəsinə daxil edilib. Bununla da, Azərbaycanda Avropa İttifaqının tələblərinə uyğun fəaliyyət göstərən qida obyektlərində istehsal olunan kürü məhsullarını Aİ ölkələrinə ixrac etmək üçün imkan yaranıb.

Qeyd edilib ki, Avropa İttifaqına daxil olan dövlətlərə heyvan mənşəli qida məhsullarının göndərilməsinə icazə verilməsi üçün üçüncü tərəf ölkələrin qida təhlükəsizliyi üzrə qanunvericiliyi, habelə bu sahədə aparılan nəzarət və tənzimləmə tədbirləri Avropa qanunvericiliyinə uyğunlaşdırılmış olmalıdır.//APA


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin