Avrozonada inflyasiya 7%-ə yüksəlib

19:17 - 2 May 2023

Avrozonada inflyasiya 7%-ə yüksəlib

Aprel ayında avrozonada inflyasiya illik müqayisədə 7%-ə yüksəlib.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa statistika qurumu məlumat yayıb.

Qeyd olunur ki, mart ayında inflyasiya 6.9% olub. Ən çox bahalaşma ərzaq, spirt və tütün məmulatlarında qeydə alınıb.

Avrozona ölkələri arasında apreldə ən yüksək inflyasiya Latviyada (15%), Slovakiyada (14%), Litvada (13,3%) və Estoniyada (13,2%) olub. Ən aşağı göstərici Lüksemburqda (2,7%), Belçikada (3,3%), İspaniyada və Kiprdə (hər birində 3,8%) qeydə alınıb.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin