SON DƏQİQƏ: Məşhur generalın rüşvət alan bacısı oğlu azadlığa buraxıldı - FOTO

13:06 - 2 May 2023

SON DƏQİQƏ: Məşhur generalın rüşvət alan bacısı oğlu azadlığa buraxıldı - FOTO

Rüşvət ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının baş həkimi İmran Ağayev azadlığa buraxılıb.

 

Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, o, cəza müddətinin üçdə ikisini çəkdiyi üçün şərti olaraq vaxtından əvvəl azad edilib. Məhkəmə Ağayevin müraciətini təmin edib və o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub.

Manset.az-ın əldə etdiyi məlumata görə, İmran Ağayev Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Faiq Tağızadənin bacısı oğludur.



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin