Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
12:16 - 20 Aprel 2023
6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyini və bütövlüyünü qoruyub saxlaya bilib. Müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş dövlət dəstəyi və qayğısı lazım idi.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. Bu gün Cənab Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların - müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması mövcud strategiyanın praktik olaraq ana ünsürlərini təşkil edirdi. Hazırda bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir. Hakimiyyətin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin də inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir. Ümumiyyətlə, müasir dövrdə - qloballaşma şəraitində hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan fundamental faktorlardan biri də milli-mənəvi dəyərlər əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir.
Millət vəkili Jalə Əliyeva Manset.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir:
“Azərbaycan dövlətinin gənclərlə bağlı həyata keçirdiyi siyasət hazırladığı layihələr çərçivəsində bu gün ölkə gəncləri həm ictimai-siyasi həyatda, həm idarə etmədə, həm idman, təhsil, səhiyyə, mədəniyyət sahəsində öz adlarını tanıda bilirlər.Bu gün Azərbaycan gəncinin ölkənin bütün sahələrinə nüfuz etmə bacarığı ilə fəxr etməyə dəyər. Ölkə gənclərinin uğurları haqqında danışmamaq mümkün deyil”.
Deputat qeyd edir ki, gənc nəslin tərbiyəsində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi çox vacib məsələdir:
“Dünya təcrübəsi onu göstərir ki, yer üzündə öz ölkəsi, dövlətini, bayrağını, himnini, dilini , dinini, mədəniyyətini sevən və gələcək nəsillərə ötürən xalqlar əbədi yaşam qazanıblar. Azərbaycan xalqı tarixin keşməkeşlərindən, sınaqlarından, müxtəlif rejimlərin qadağalarından alnı açıq çıxmağı bacarıb. Bu əlbəttə ki, Azərbaycan xalqının vətənpərvərlik duyğusundan, milli mənlik şüurunun çox güclü olmasından irəli gəlir. Məhz elə bu şüurla, bu hisslərlə də xalqımız bir əsrdə iki dəfə müstəqillik qazana bildi və ikinci müstəqilliyini əbədi etdi. Ulu Öndər Heydər Əliyev dühası ölkəmizi, xalqımızı qorudu. Bu dahi şəxsiyyət hər birimizə Azərbaycançılıq ideyasını, milli mənlik şüurunu, vətən sevgisini bizlərə miras qoydu. Bu gün 44 günlük Qarabağ döyüşlərində böyük zəfər qazanan Azərbaycan gəncliyi bu ideya ətrafında birləşib”.
Gülçin Nağıyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin