Bu şəxsdə 10 kq-a yaxın narkotik aşkarlandı

11:20 - 6 Sentyabr 2021

Bu şəxsdə 10 kq-a yaxın narkotik aşkarlandı

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir nəticəsində orada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxsin rayon sakini Sərvər Mirzəyev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Ona məxsus həmin torpaq sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 10 kiloqrama yaxın olan çətənə (kannabis) bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin