Sumqayıtda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanıldı

11:06 - 1 May 2023

Sumqayıtda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanıldı

Ötən gecə Sumqayıtda idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin 1987-ci il təvəllüdlü Şirinov Zaur Əliəskər oğlu olduğu müəyyənləşib.

O, saxlanılaraq məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Çerkası küçəsində baş verib. Hadisə nəticəsində piyada, 2006-cı il təvəllüdlü Ceyhun Cavadov ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin