1-ci sinif şagirdini məktəbin qarşısında maşın vurub öldürdü

10:34 - 1 May 2023

1-ci sinif şagirdini məktəbin qarşısında maşın vurub öldürdü

Bakının Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Dədəcanov Elsevər Gülməli oğlu “Volkswagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü Məmmədov İbrahim Orxan oğlunu vurub.

Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, vəfat edən 7 yaşlı İbrahim Məmmədov həmin məktəbin 1-ci sinif şagirdi olub.

 


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin