Bakıda avtomobil piyadanı vuraraq öldürdü

10:15 - 1 May 2023

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Buzovna-Mərdəkan yolunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Əhmədov Azad Rəmzi oğlu “Audi A6 minik” markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf” minik markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Nəticədə A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen Golf minik” markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Kərimov Vüqar Tofiq oğlu isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə daxil olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin