İmişlidə avtomobil aşdı - Ölən və yaralanan var (FOTO)

09:49 - 1 May 2023

İmişlidə avtomobil aşdı - Ölən və yaralanan var (FOTO)

İmişli rayonunda avtomobil aşıb, ölən və yaralanan var.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli magistral yolunun rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Ağayev Adəm Mətləb oğlu idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb. Nəticədə avtomobildə olan 1967-ci il təvəllüdlü Qasımov Bayram Məmmədağa oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəticədə A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.



Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin