Neftçalada avtomobil aşıb - Yaralılar var

09:10 - 1 May 2023

Neftçalada avtomobil aşıb - Yaralılar var

Neftçalada iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Jiquli” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarına aşıb.

Qəza nəticəsində rayonun Yeniqışlaq kənd sakini, 1990-cı il təvəllüdlü Məcidov Vüsal Eldar oğlu və şəxsiyyəti hələ məlum olmayan daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

V.Məcidov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digər zərərçəkənin xəsarəti yüngül olduğundan tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin