17 yaşlı gənc özünü güllələdi

00:00 - 1 May 2023

17 yaşlı gənc özünü güllələdi

Daşkəsəndə 17 yaşlı yeniyetmə intihar edib.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Astaf kəndində baş verib.

Belə ki, aprelin 30-da saat 22 radələrində kənd sakini 2006-cı il təvəllüdlü Mustafa Quliyevin (ad və soyad şərtidir) yaşadığı evin həyətində ov silahı ilə özünə atəş açaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin