Azərbaycanın bu rayonunu su basdı - FOTO

23:23 - 30 Aprel 2023

Azərbaycanın bu rayonunu su basdı - FOTO

Tərtəri su basıb.

 

Manset.az xəbər verir ki, Tərtərə axşam saatlarında yağan güclü yağışdan sonra rayonun Dəmirçilər kəndini sel basıb. Kanallar daşıb, evləri su basıb, toyuq və cücələr tələf olub. Təsərrüfata ciddi ziyan dəyib. İnsanların əkib becərdiyi bostan suyun altında qalıb tamamilə məhv olub. İri və xırda buynuzlu heyvanlar su altında qalıb.

Qeyd edək ki, Tərtər Rayon Fövqaladə Hallar komisiyası tərəfindən artıq işlərə başlanılıb. Əraziyə çox sayda ağır texnikalar cəlb olunub. Hazırda selin qarşısını almağa çalışırlar. FHN-in texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Ərazidə evlərə dolmuş suyu nasoslar vasitəsilə çəkməyə çalışırlar.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin