Avtomobillər toqquşdu: Ölən və xəsarət alan var

23:08 - 30 Aprel 2023

Avtomobillər toqquşdu: Ölən və xəsarət alan var

Şəmkirdə ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az "report"a istinadən bildirir ki, Şəmkir rayon ərazisində "VAZ-21015" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 1956-cı il təvəllüdlü Nazim Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Qəza zamanı Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Elmir Məmmədov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin