Ağdamda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

00:01 - 30 Aprel 2023

Ağdamda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

Ağdamda ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.

 

Manset.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 20 radələrində Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

21:25

Ağdamda ağır yol qəzası baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.

Avtomobildə 4 nəfərin olduğu deyilir.

Qəza zamanı ölən və xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin