Azərbaycanlı məktəbli qızlardan beynəlxalq robotexnika müsabiqəsində yüksək nəticə - FOTOLAR

14:23 - 28 Aprel 2023

Azərbaycanlı məktəbli qızlardan beynəlxalq robotexnika müsabiqəsində yüksək nəticə - FOTOLAR

Azərbaycanlı məktəbli qızlar beynəlxalq robotexnika müsabiqəsində yüksək nəticə qazanıb.

 

Manset.az xəbər verir ki, illərdir azərbaycanlı qadınların inkişafı üçün müxtəlif layihələr həyata keçirən "Aura” növbəti dəfə ənənəsinə sadiq qalıb. Bu dəfə adıçəkilən markanın dəstəyi ilə "Methack” komandasının məktəbli qızlardan ibarət kollektivi ABŞ-da təşkil edilmiş "FİRST Robotics Competition”(FRC) müsabiqəsinə qatılıb. NASA tərəfindən təşkil edilən bu mötəbər turnirdə yüksək bacarıq nümayiş etdirən qızlar "Rooki All Star” mükafatında layiq görülərək 51 komanda içərisindən finala vəsiqə qazanıblar.

Qeyd edək ki, azərbaycanlı xanımların fərdi inkişafını və maariflənməsini prioritetlərindən hesab edən "Aura” markası mütəmadi olaraq bu istiqamətdə təlimlər, seminarlar və digər tədbirlərin təşkil edilməsində yaxından iştirak edir.

 

 

 


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin