Quterreş ikinci dövr üçün BMT-nin Baş katibi vəzifəsinə təyin edildi

18:21 - 18 İyun 2021 - SİYASƏT

BMT Baş Assambleyası Antonio Quterreşi ikinci müddətə qurumun baş katibi təyin edib.

Manşet.az xəbər verir ki, müvafiq qərarı BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır açıqlayıb.

"Quterreşin 1 yanvar 2022 - 31 dekabr 2026-cı il tarixləri arasında ikinci dövr üçün BMT Baş katibi vəzifəsinə təyin olunmasını elan etməkdən şərəf duyuram", - Bozkır bildirib.

Quterreş BMT Baş katibi vəzifəsinə yeganə namizəd idi. BMT Baş katibi beş illik müddətə seçilir.


Xəbər xətti

25 İyul 2021