Prezident Böyükşor-Pirşağı yolunun açılışında
7 Noyabr 2024
10:35 - 5 Sentyabr 2021
“Taliban” yaraqlıları Pəncşirin paytaxtına daxil olub və valilik ofisini ələ keçirib.
Manset.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Times of India” qəzeti iddia irəli sürüb.
Əfqanıstan Milli Müqavimət Cəbhəsi isə təşkilat yaraqlılarının Kasipa və Pəncşir vilayətləri arasındakı sərhəddə yerləşən Dərbənd təpələrinə qədər irəlilədiklərini, ancaq bu irəliləyişin dayandırıldığını bildirib.
“Əfqanıstan qalasının müdafiəsi sarsılmazdır”, - Cəbhənin sözçüsü Fəhim Daşti Tvitter hesabında yazıb.
Bildirilib ki, müqavimət qüvvələri tərəfindən bir gündə təxminən 600 “Taliban” yaraqlısı öldürülüb, 1000-dən çoxu əsir götürülüb.
Bundan başqa, “Əl-Cəzirə” telekanalına danışan “Taliban” nümayəndəsi təşkilatın Pəncşirdəki irəliləyişinin paytaxt Bazaraqa gedən yola yerləşdirilən minalara görə yavaşladığını, irəliləmə və minatəmizləmə işlərinin birlikdə aparıldığını deyib.
Daha əvvəl “Taliban” sözçüsü Bilal Kərimi Pəncşiri tamamilə ələ keçirdiklərini bildirmişdi. Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh isə bu açıqlamanı təkzib etmiş, müqavimətin davam etdiyini vurğulamışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin