Bakı-Qazax yolunda avtomobillər toqquşdu: Xəsarət alanlar var

23:02 - 24 Aprel 2023

Bakı-Qazax yolunda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az Reporta istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 1948-ci il təvəllüdlü Vaqif Qəhrəmanov, 1994-cü il təvəllüdlü Validə Məmmədova və daha bir nəfər xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Zərərçəkənlərdən V.Qəhramanovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin