İsveçrə prezidenti Bayden və Putinə saat hədiyyə etdi

17:58 - 18 İyun 2021

İsveçrə prezidenti Bayden və Putinə saat hədiyyə etdi

İsveçrə prezidenti Qi Parmelan ABŞ-Rusiya sammiti zamanı ABŞ prezidenti Cozef Bayden və Rusiya prezidenti Vladimir Putinə yerli istehsal olan “Tissot”un “T-Touch Connect Solar” modelli qol saatı hədiyyə edib.

Manşet.az  xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Saatın pərakəndə satış qiyməti 995 İsveçrə frankıdır (təxminən 1 100 dollar). Bu model saatdan Rusiyada 2022-ci ildə satışa çıxarılacaq.

Qeyd edək ki, Cozef Baydenlə Vladimir Putin arasında görüş iyunun 16-da Cenevrədə keçirilib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin