Partlayışdan sonra iki nəfər dağıntılar altından çıxarıldı - YENİLƏNİB (VİDEO)

21:01 - 24 Aprel 2023

Partlayışdan sonra iki nəfər dağıntılar altından çıxarıldı - YENİLƏNİB (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

***20:39

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

FHN-dən Manset.az-a bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

***20:24

FHN Biləsuvarda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.

 

Nazirlikdən Manset.az-averilən məlumata görə, FHN-in "112" qaynar xəttinə saat 19:20 radələrində rayonun Heydər Əliyev prospektində ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış olması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub. Əraziyə baxış zamanı mənzilin dam örtüyünün çökdüyü müəyyən edilib. Hazırda nazirliyin qüvvələri tərəfindən əməliyyat davam etdirilir.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin