Nərimanov rayonunda mənzildən 41 yaşlı kişi meyiti tapıldı

09:30 - 24 Aprel 2023

Nərimanov rayonunda mənzildən 41 yaşlı kişi meyiti tapıldı

Aprelin 23-ü saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

 

Bu barədə Manset.az-a Nərimanov rayon prokurorluğundan bildirilib.

Qeyd edilib ki, ilkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

“Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - məlumatda deyilir.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin