Tovuzda evdə güclü partlayış BAŞ VERDİ - YENİLƏNİB

22:42 - 23 Aprel 2023

Tovuzda evdə güclü partlayış BAŞ VERDİ - YENİLƏNİB

Tovuzda partlayış zamanı yanıq xəsarəti alan şəxs Bakıdakı xəstəxanaların birinə köçürülüb.

 

Manset.az xəbər verir ki, Tovuz rayon İbrahimhacılı kəndində evdə baş vermiş partlayış nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü İlqar Rüstəmov öncə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona orada ilkin tibbi yardım göstərilib və daha sonra vəziyyəti nəzərə alınaraq Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

***22:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tovuz rayonu, İbrahimhacılı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Manset.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1975-ci il təvəllüdlü Rüstəmov İlqar Oruc oğluna məxsus ümumi sahəsi 80m² olan ikiotaqlı köməkçi tikilidə ilkin ehtimala görə məişət qaz balonunun sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının təsirindən tikiliyə ziyan dəyib və yanğın nəticəsində köməkçi tikilidə ev əşyaları 5m² sahədə yanıb. Ev sahibi İ.Rüstəmov aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin