Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi - FOTO
15 Noyabr 2024
16:58 - 4 Sentyabr 2021
"VisaGuide.World" saytı koronavirusa qarşı vaksinlərin reytinqini hazırlayıb.
Manşet.az xezerxeber.az-a istinadən xəbər verir ki, siyahı bu və ya digər peyvəndi təsdiq etmiş dünya ölkələri sayına əsasən tərtib edilib.
Reytinqdə ilk yeri "AstraZeneca" vaksini tutur. Preparat dünyanın 144 ölkəsində tanınır. Bu isə o deməkdir ki, adıçəkilən peyvəndlə vaksinasiya olunanlar həmin ölkələrə PCR testi və karantin müddəti olmadan səyahət edə bilərlər.
Dünyanın 125 ölkəsində təsdiq edilmiş "Pfizer" peyvəndi siyahının ikinci pillsində qərarlaşıb.
İlk üçlüyü 86 ölkəyə maneəsiz səyahət imkanı verən "Moderna" vaksini tamamlayır.
Reytinqin dördüncüsü olan "Sinovac" isə hələ ki, yalnız 48 ölkə tərəfindən təsdiq olunub.
Həkim-mütəxəssis Könül İsmayılovanın sözlərinə görə, Ümumdünya Səhiyyə təşkilatı tərəfindən təsdiq olnmuş hər bir vaksinin effektivliyi və təhkükəsizliyi yoxlanılıb. Ölkələrin vaksini qəbul etməsi isə tədqiqatların nəticələrinə əsasən müəyyən edilir.
Mütəxəssis son zamanlar vətəndaşlarda formalaşan "SinoVac"ın virusa qarşı təsir gücü azdır, "Pfizer"də daha çoxdur" fikrinə də aydınlıq gətirib. Bildirib ki, hər iki vaksin beynəlxalq standartlara cavab verir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin