Bakıda avtobusla minik avtomobili toqquşdu - Yaralanan var

17:23 - 18 İyun 2021

Bakıda avtobusla minik avtomobili toqquşdu - Yaralanan var

Bakıda yol qəzası olub.

Bu barədə Manşet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonunda “Iveco” markalı avtobus və “Haval” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin