Uels yığması Belarusla oyunu yarımçıq tərk edə bilər

15:47 - 4 Sentyabr 2021

Uels yığması Belarusla oyunu yarımçıq tərk edə bilər

Uels yığması qarşıdakı oyunlarda irqçi şüarlara məruz qalarsa, meydanı yarımçıq tərk edəcək.

Manşet.az-ın məlumatına görə, bunu yığmanın kapitanı Qaret Beyl açıqlayıb.İngiltərə millisinin üzvləri Jüd Bellingem və Rahim Sterlinqə qarşı irqçiliyə yol verilməsini qınayan Beyl bu halla üzləşmək istəmədiklərini bildirib: “Əgər futbolçularımızdan hər hansı birinə qarşı analoji addım atılarsa və o, meydanda qalmaq istəməsə, bütün komanda şəklində matçı yarımçıq tərk etmək qərarını dəstəkləyəcəyəm. Əlbəttə, seçmə mərhələ oyunları vacibdir. Ancaq bu məsələ hər şeydən üstündür”.

Qeyd edək ki, Uels yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah Belarusun qonağı olacaq.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin