Ombudsman əsir hərbçilərimizin valideynləri ilə görüşdü

17:44 - 19 Aprel 2023

Ombudsman əsir hərbçilərimizin valideynləri ilə görüşdü

Ombudsman Səbinə Əliyeva Ermənistanın əsir saxladığı Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə görüşüb.

 

Manset.az xəbər verir ki, görüş zamanı Ombudsman Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsini, eləcə də əsgərimizə qarşı törədilmiş qeyri-insani rəftar hallarını qəti şəkildə qınadığını, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib.

S.Əliyeva müvafiq beynəlxalq və regional təşkilatlara ünvanladığı məktubda hərbi qulluqçularımızın Ermənistanda saxlanıldıqları müddət ərzində hüquqlarının təmin olunmasını, ailələri ilə videozəng vasitəsilə əlaqə imkanının yaradılmasını, habelə əsgərimizin qeyri-insani rəftara məruz qalması ilə bağlı video və fotoların araşdırılmasını tələb etdiyini vurğulayıb.

Qeyd edək ki, erməni teleqram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Axundov Hüseyn Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin