Google top menecerindən "Süni intellekt" xəbərdarlığı

13:32 - 18 Aprel 2023

Google top menecerindən

Google-un baş direktoru Sundar Pichai süni intellektin məşğulluq və dezinformasiyanın yayılması üçün təhlükə yaratdığına diqqət çəkib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pichai, süni intellekt texnologiyasının tezliklə hər bir şirkətin bütün məhsullarına təsir edəcəyini söyləyib.

Pichai, süni intellektin fəaliyyəti nəticəsində yazıçılar, mühasiblər və hətta proqram təminatını hazırlayan mühəndislər kimi "bilik işçiləri" adlandırdığı sektorlar üçün iş artımının və davamlılığın kəsiləcəyini əlavə edib.

Google CEO-su süni intellektlə saxta xəbərlərin, videoların və fotoların yayılmasının daha çox olacağını bəyan edib:

"Cəmiyyət olaraq biz bununla ayaqlaşmalıyıq."

Manşet.az


Xəbər xətti

1 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin