AstraZeneca vaksini yalnız bu şəxslərə vurulur - TƏBİB

16:37 - 18 İyun 2021

AstraZeneca vaksini yalnız bu şəxslərə vurulur - TƏBİB

COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulması həmin vaksinin məhdud sayda olması ilə bağlıdır.

Manşet.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bu vaksin ölkəyə məhdud sayda gətirilib və buna görə də ilkin mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub: “Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub".


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin