Ana uşağına kimyəvi məhlul içirdərək öldürdü
15 Noyabr 2024
12:52 - 4 Sentyabr 2021
Azərbaycan Respublikası Mərkəzi Bankın sədrinin müavini Aftandil Babayev Novxanıda dəyəri milyonlarla ölçülən malikanə tikdirir.
Manset.az xəbərverir ki, bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda deyilir.
Aftandil Babayevin Bakının bir çox yerlərində, əsasən də Xətai və Nəsimi rayonlarında dəyəri yüz minlərlə ölçülən ailə üzvlərinin adlarına rəsmiləşdirilən daşınmaz əmlaklarının da olduğu deyilir.
Yayılan məlumata görə A. Babayevin Novxanıdakı malikanəni “Azmikroinvest” MMC-də direktor müavini vəzifəsində çalışan oğlu Qasım Babayev üçün inşa etdirdiyi deyilir.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Qasım Babayev bundan öncə “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru vəzifəsində çalışıb.
“Azmikroinvest” MMC-nin nizamnamə kapitalı hazırda 1.7 milyon manatdır.
“Azmikroinvest” MMC-nin əsl sahibinin Mərkəzi Bankın sədri Elman Rüstəmovla qudası Meliorasiya və Su Təsərrüfatı ASC-yə uzun illər rəhbərlik etmiş Əhməd Əhmədzadə olduğu iddia edilir.
Digər iddialara görə isə Elman Rüstəmova xüsusi yaxınlığı ilə seçilən Aftandil Babayevin oğlu Qasım Babayev “Azmikroinvest” MMC-də rəsmən direktor müavini olsa da, burada əsas söz sahibidir.
Xatırladaq ki, Aftandil Babayev 2007-ci ildən Mərkəzi Bankın sədrinin müavinidir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin