Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına CAVAB
24 Noyabr 2024
11:18 - 17 Aprel 2023
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün “MEDİAlab” layihəsi çərçivəsində xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarlara başlanılıb.
Manset.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə xarici ekspert Tatyana Ravalli tərəfindən “Rəqəmsal “storytelling”: Rəqəmsal məzmun yaratmaq üçün multimedia alətlərindən necə istifadə etmək olar?” mövzusunda ilk seminar təşkil olunub.
Seminar müddətində yeni informasiya- kommunikasiya texnologiyalarının inkişafının media mühitinə kompleks təsiri, yeni mediada kommunikasiya alətləri və formaları, rəqəmsal alətlərdən istifadə edərək məzmun yaratmaq, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması kimi mövzulara toxunulub. Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi müxtəlif universitetlərdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin xarici mütəxəssislərin cəlb olunduğu silsilə seminarlarda mərhələli şəkildə iştirakı istiqamətində layihənin icrasını davam etdirəcəkdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin