Yutub "Vaqner" vəhşiliyini təbliğ edir - ŞOK

00:20 - 17 Aprel 2023

Yutub \"Vaqner\" vəhşiliyini təbliğ edir - ŞOK

Yutub Rusiyanın “Vaqner” qruplaşmasının reklamlarına qadağa qoymur, Priqojinin muzdluları platforma vasitəsilə hətta sursat üçün vəsait toplayırlar.

 

Manset.az xəbər verir ki, bu barədə “Sunday Tayms”ın araşdırmasında deyilir.

Məlumata görə, Yutubda "Vaqner"in bütöv pleylisti, əsasən rep mahnıları, onlarla təbliğat videoları, o cümlədən qrupa qoşulmaq üçün çağırışları ehtiva edən videolar tapılıb.

Bildirilib ki, Yutub alqoritminin Rusiyayönümlü dezinformasiyanı gücləndirmək üçün istifadə edildiyinə dair sübutlar da var. Məqalədə deyilir ki, platformadakı Vaqner videoları tükəndikcə, izləyicilər terror qruplaşmasının getdikcə daha çox şiddət göstərən videolarına yönləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az