Əfqanıstanın vitse-prezidenti ölkəsini tərk etmədiyini bəyan etdi

22:21 - 3 Sentyabr 2021

Əfqanıstanın vitse-prezidenti ölkəsini tərk etmədiyini bəyan etdi

Əfqanıstanın vitse-prezidenti Əmirulla Saleh ölkəni tərk etdiyinə dair yayılan xəbərləri təkzib edib.

Manşet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Salehin "Tolo News" telekanalı tərəfindən yayımlanan video müraciətində deyilir.

Saleh bildirib ki, ölkəni tərk etməsi və Əfqanıstandan kənarda olduğu barədə məlumatlar düşmən təbliğatıdır.

"Müqavimət davam edir və davam edəcək. Mən öz torpağım uğrunda və onun ləyaqətini müdafiə etmək üçün burdayam", - bunu isə Saleh öz tvitterində yazıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin