Zümrüddən "sevgiliniz varmı” sualına maraqlı cavab

21:46 - 3 Sentyabr 2021

Zümrüddən

Aparıcı Zümrüd Bədəlova İnstaqramda izləyicilərinin suallarını cavablandırıb.

Manşet.az sherg.az-a istinadən xəbər verir ki, o, bir istifadəçinin "Yenidən ailə qurmaq istəyərdiniz?" sualını toyundan foto paylaşaraq cavablandırıb:

"Bu suala əvvəllər "Niyə də yox" deyə cavab verirdim. İndi qətiyyətlə və əminliklə "yox" deyirəm".

Z.Bədəlova "Sevgiliniz varmı?" sualına gəlincə bunları söyləyib:

"Vallah, yalnızam, təkliyi mən də istəmirəm, amma olmur. Gözəlliklə deyil, şans, naxış söhbətidir".

Digər istifadəçinin "Siz ailə qurub efirdən gedəndə çox ağladım" rəyini də cavabsız qoymayıb:

"Çox izləyicim göz yaşı tökdü, o qədər ağladız ki, bədlik də gəldi, qayıtdım. Təbii zarafat edirəm".

Aparıcı qızının atası ilə yalnız internet üzərindən danışdığını, çünki keçmiş həyat yoldaşının Azərbaycanda yaşamadığını da bildirib. O, ürəyi ilə deyil, məntiqlə ailə qurduğunu xüsusi vurğulayıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin