ABŞ hər əfqan qaçqına 2275 dollar xərcləyəcək

21:16 - 3 Sentyabr 2021

ABŞ hər əfqan qaçqına 2275 dollar xərcləyəcək

 

ABŞ prezident administrasiyası və özəl təşkilatlar Əfqanıstandan gələn hər bir qaçqına 2275 dollar ödəmək niyyətindədir.

Manşet.az xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi ABŞ Dövlət Departamentinin rəsmisinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, önümüzdəki aylarda başlayacaq maliyyə dəstəyi proqramı əfqanıstanlıların mənzil tapmasına, yemək almasına və uşaqlarının məktəbə getməsinə kömək etməyi hədəfləyəcək.

Bundan əlavə, Dövlət Departamenti qaçqınlara tibbi sığorta da daxil olmaqla müavinətlərin tətbiqi ilə bağlı ABŞ Konqresilə məsləhətləşmələr aparır.

 

Qeyd edək ki, ABŞ iyulun sonundan bəri Əfqanıstanda təxminən 12 min insanı təxliyə edib, onlardan 6 minə yaxını ABŞ vətəndaşıdır.


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin