"Sabah son saniyəyədək mübarizə aparmalıyıq" - Canni De Byazi

20:46 - 3 Sentyabr 2021

"Ağır nəticədən sonra buraya gəlmişik. Lüksemburqla matçın ikinci hissədə keyfiyyətli oyun göstərə bildik. Hissələr arasında böyük fərq oldu. Sabah son saniyəyədək mübarizə aparmalıyıq. Qrupumuzda bütün komandalar reytinq baxımından bizdən öndədir. Amma buna fikir vermirik. Evə yaxşı nəticə ilə dönmək istəyirik".

Manşet.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə İrlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin