Əmirulla Saleh Pəncşiri tərk edərək Tacikistana yola düşdü

19:43 - 3 Sentyabr 2021

Əmirulla Saleh Pəncşiri tərk edərək Tacikistana yola düşdü

Əfqanıstanın keçmiş vitse-prezidenti Əmirulla Saleh Pəncşir əyalətini tərk edərək Tacikistana yola düşüb.

Manşet.az xəbər verir ki, bu barədə Kabildəki mənbə cümə günü TASS-a telefonla bildirib.

Qeyd edək ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra özünü müvəqqəti prezident elan edən Saleh "Taliban"a tabe olmayan şimaldakı Pəncşir əyalətinə sığınmışdı.

Hazırda Pəncşirdə vəziyyət olduqca çətindir. "Taliban" bölgəni dörd tərəfdən mühasirəyə alaraq əyalətin internetə və elektrikə çıxışını əngəlləyib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin