I MDB Oyunlarında ilk səsləndirilən himn Azərbaycanın oldu

18:10 - 3 Sentyabr 2021

I MDB Oyunlarında ilk səsləndirilən himn Azərbaycanın oldu

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının tarixinə düşüb.

Manşet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi yarışda ilk qızıl medal qazanan idmançı olub.

Beləliklə, I MDB Oyunlarında ən birinci Azərbaycanın dövlət himni səsləndirilib.

Buna 82 kq-da mübarizə aparan rusiyalı Aues Qonibovun əvvəlcədən qalib elan edilməsi səbəb olub. Həmin çəkidə az idmançı olduğu üçün yerli idmançı vaxtından əvvəl qızıl medal qazanıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin