Peyvənd olunmayan işçilər həftədə bir dəfə test verməli olacaq

18:04 - 3 Sentyabr 2021

Peyvənd olunmayan işçilər həftədə bir dəfə test verməli olacaq

Türkiyədə koronavirusa qarşı peyvənd olunmayan işçilər həftədə bir dəfə PCR testi verməli olacaq.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı “NTV” yayıb. Bildirilir ki, ölkənin Əmək və Sosial Təhlükəsizlik Nazirliyi bu məsələ ilə bağlı 81 vilayətə bildiriş göndərib.

Məlumata görə, sentyabrın 6-dan etibarən iş yeri və yaxud işəgötürən şəxslər koronavirusa qarşı peyvənd olunmayan işçilərdən məcburi olaraq həftədə bir dəfə PCR testin verilməsini tələb edəcəklər.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin