Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
08:15 - 3 Sentyabr 2021
Vaksinasiya olunmayan şəxslərin əks göstəriş sertifikatı alması prosesi açıqlanıb.
Manset.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən bildirilib ki, əks göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir. Poliklinika müraciət edən şəxsdən əks göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epikriz və digər sənədləri təqdim edir. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və nəticə vətəndaşa göndərilir.
Qeyd edək ki, sertifikat tələb edən qurumlara daxil olmaq üçün bu formanı göstərmək kifayət edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin