Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi (VİDEO)
3 Dekabr 2024
14:18 - 18 İyun 2021
Millət vəkili Elman Nəsirovla bağlı günlərdir sosial şəbəkələrdə, bir sıra saytlarda qalmaqallı xəbərlər yayılır. Belə ki, deputatın öz tələbəsi ilə eşq yaşadığı, evli xanımın ailəsini dağıtdığı iddia edilir.
Cəmiyyətdə ciddi narazılıq yaradan bu qalmaqallı iddia ilə bağlı deputat Elman Nəsirov Manşet.az-ın suallarını cavablandırıb.
Elman müəllim xanım tələbənizlə bağlı yayılan xəbərlərə münasibətiniz necədir?
-Tələbəm deyil, Qərb universitetində oxuyub o xanım. Boş söhbətlərdi. Demişəm, tapsınlar xanımın özünü reaksiya versin.
Sizin evli xanımla yazışdığınız iddia olunur. Yayılan məlumat doğrudur?
-Bunlar hamısı yalan məlumatdır, "fiktivni"dir. Kişi manyak, onun əri narkomandır. Qadın iddia məhkəmədə qaldırıb, əmlak bölgüsü tələb edir. Xanım ondan çoxdan ayrılıb. Bu kişi də istəyir ki, keçmiş arvadını əxlaqsız çıxarsın, uşaqlarını əlindən alsın. İddiası olmasın. Belə ər olar, belə kişi olar? Qadın parlamentə müraciət edib, biz də Ədliyyə nazirliyinə göndərmişik. Baxılar və cəzalandırarlar.
Konkret mesajların sizin profilinzdən yazıldığı bildirilir. Bu barədə nə deyə bilərsiniz?
-Mənim profilim olmayıb.
Hamı o yazışmaların sizin profilinizdən göndərildiyini deyir. Bu necə olur?
-Bu mövzu haqda danışmaq istəmirəm. Qadın danışanda aydınlıq gələcək məsələyə.
Burda sizə qarşı ciddi ittiham var. Bu barədə fikirləriniz maraqlıdır.
-Burda ciddi ittiham yoxdur. Mən deputatam. Mənə məktub göndəriblər. Mən də göndərmişəm baxılması üçün..Qadın danışsın, sonra bəlli olacaq ki, bu dözülməz şəraitdə yaşayıb. Manyak, uşaq döymək. Kimə qarşı qadın şikayət etsə, onu ittiham eləmək. Bax belə...Mənim 3 dəfə, hər iki ildən bir profilimi sındırıblar. Saxta profil açıblar.
Adıçəkilən adam sizi bununla bağlı məhkəməyə verib?
-Yox qətiyyən. Siz nə danışırsız. Bu adam dözülməz bir adam olub. Qadın onu məhkəməyə verib. Hazırda onların Suraxanıda məhkəməsi gedir.
Elman müəllim, qadının əri iddia edir ki, sizinlə yazışmasını tutandan sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Bu barədə nə söyləyə bilərsiniz?
-Qadının yazdığna görə bunlar çoxdan ayrılıblar. İş məhkəmədədi. Qadına hazırda zəng çatmır ki, bunlara cavab versin. Siz təsəvvür edin əgər o qadın jurnalist kimi sizə müraciət etsə, ona kömək edin. Onda oğlan sizi ittiham edəcək ki, jurnalistlə görüşürsən. Özüdə həmin adam haqda danışırlar, narkaman, aqressiv, hakimiyyəti pisləyən, evdə də ancaq bu ruhda danışırlar.
Belə məlumatlar var ki, Milli Məclisin İntizam Komisiyyası sizin bu məsələyə baxacaq. Bu məlumat doğrudur?
-Bu yalan məlumatdır. Belə bir məlumat yoxdur.
Əli VƏLİYEV
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin