Məşhur milyarder küçənin ortasında öldürüldü - FOTO

15:46 - 06 Aprel 2023

Məşhur milyarder küçənin ortasında öldürüldü - FOTO

ABŞ-ın San-Fransisko şəhərində “Cash App” mobil ödəniş xidmətinin yaradıcısı Bob Li bıçaqlanaraq öldürülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, San-Fransisko Polis Departamentindən verilən açıqlamada yerli vaxtla saat 02:35 radələrində polisə bıçaqlanma xəbəri gəldiyi bildirilib. Xəbərdən dərhal sonra hadisə yerinə gedən polis bölgədə 40 yaşlarında ağır yaralı bir kişi aşkarlayıb.

Açıqlamada polisin hadisə yerində ilk müdaxiləni etdiyi, lakin sözügedən şəxsin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi, hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib. Daha sonra bıçaqlanan şəxsin “Cash App” mobil ödəniş xidmətinin yaradıcısı məşhur milyarder Bob Li olduğu müəyyənləşib.
Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az