ABŞ-da daşqınlar nəticəsində 22 nəfər öldü

21:13 - 2 Sentyabr 2021

ABŞ-da daşqınlar nəticəsində 22 nəfər öldü

ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında "İda" qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Manşet.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, təbii fəlakət zamanı 22 nəfər ölüb.

Bundan əvvəl daşqınlar nəticəsində ölənlərin sayının 9 nəfər olduğu bildirilrdi.

Qasırğa bir neçə gündür ölkə ərazisində tüğyan edir. Hazırda bəzi ştatlarda fövqəladə vəziyyət elan edilib.

****
ABŞ-ın Nyu-York şəhərində İda qasırğasının səbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.

Bu barədə Manşet.az "RİA Novosti"yə istinadən xəbər verir.

Qasırğa nəticəsində Nyu-Yorkun bir hissəsini su basıb, metroda bəzi xətlərdə qatarların hərəkəti dayandırılıb.

Ştat ərazisində fövqəladə vəziyyət elan edilib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin