Türkiyə klubu baş məşqçisini istefaya göndərdi

19:32 - 2 Sentyabr 2021

Türkiyə klubu baş məşqçisini istefaya göndərdi

Futbol üzrə Türkiyə Super Liqasının 2021/2022 mövsümündə 5-ci baş məşqçi istefası gerçəkləşib.

Manşet.az xəbər verir ki, "Alanyaspor" komandası Çağdaş Atanla yollarını ayırıb. Məlumatı klubun rəsmi saytı yayıb.

41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Türkiyə çempionatında daha əvvəl "Kasımpaşa", "Kayserispor", "Adana Demirspor" və "Göztepe" baş məşqçiləri ilə vidalaşıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin