Polşa Belarusla sərhəddə fövqəladə vəziyyət elan etdi

18:02 - 2 Sentyabr 2021

Polşa Belarusla sərhəddə fövqəladə vəziyyət elan etdi

Polşa Prezidenti Andjey Duda Belarusla sərhəddə fövqəladə vəziyyətin elan olunması ilə bağlı sərəncam imzalayıb.

Manşet.az xəbər verir ki, bu barədə məlumatı Polşa Prezidentinin mətbuat katibi Blajey Spixalskiy açıqlayıb.

Onun sözlərinə görə, Polşa Prezidenti sözügedən sərəncamı Belarusla sərhəddə qanunsuz miqrantlarla bağlı yaranmış vəziyyətə görə imzalayıb.

Bildirilir ki, sənəd rəsmi olaraq nəşr olunduqdan sonra qüvvəyə minəcək. Bununla yanaşı, parlament bu sənədi nəzərdən keçirəcək və onu ləğv etmək səlahiyyətlərinə malikdir.

Ən son məlumatlara görə, avqustun əvvəlindən Polşa sərhədçiləri dövlət sərhədinin qanunsuz keçilməsinə dair üç mindən çox cəhd qeydə alıb. Ümumilikdə 2020-ci ildə cəmi 120 belə cəhd qeydə alınıb.

Qeyd edək ki, Belarusla sərhəddə fövqəladə vəziyyətin elan olunması ilə bağlı Prezident Dudaya ölkənin Nazirlər Kabineti müraciət edib. Bu xüsusi vəziyyət rejimi isə 30 gün ərzində qüvvədə olacaq və uzadıla da bilər.


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin