Bakıda partlayış - Ana və bala xəsarət aldı

18:00 - 2 Sentyabr 2021

Bakıda partlayış - Ana və bala xəsarət aldı

Bakıda partlayış hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb.

5 saylı Kliniki Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) bildirilib ki, ana və övladının bədəninin 60 faizi yanıb:

"“Partlama nəticəsində ana - Məmmədzadə Samirə Həsən qızı və övladı 2-ci dərəcəli yanıq diaqnozu (60 %) ilə xəstəxanaya yerləşdirilib. Mümkün bütün tədbirlər həyata keçirilir”.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin