Ərdoğandan Finlandiyaya “yaşıl işıq”

14:31 - 1 Aprel 2023

Ərdoğandan Finlandiyaya “yaşıl işıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, qərar bu gün “Resmi Qazete”də dərc olunub.

Sənədə əsasən, Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış protokol bu gün qüvvəyə minir.

Xatırladaq ki, Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi dünən Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.

Finlandiya Xarici İşlər Nazirliyi qərarın qəbulundan sonra “Twitter” hesabında təşəkkür edib:

“Təşəkkürlər! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə Türkiyə Böyük Millət Məclisinə minnətdarıq”, - deyə qurumdan bildirilib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin