"Əfqanıstanda sabitliyin təmin olunmasını istəyirik" - Mövlud Çavuşoğlu

17:20 - 2 Sentyabr 2021

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu niderlandlı həmkarı Siqrid Kaaq ilə görüşüb.

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş Niderland XİN başçısının Türkiyəyə səfəri çərçivəsində gerçəkləşdirilib.

Tərəflər daha sonra birgə mətbuat konfransı keçiriblər.

"Əfqanıstanda sabitliyin təmin olunmasını istəyirik. Böhranın dərinləşməsini arzu etmirik. Belə bir risk qarşısında nələr edə biləcəyimizi dəyərləndirdik. Xüsusilə miqrant dalğası mövzusunda beynəlxalq birlik birgə hərəkət etməlidir. Tranzit ölkələrdə, Əfqanıstanın qonşu ölkələrində nələrin edilməli olduğunu müzakirə edirik", - Çavuşoğlu qeyd edib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin