Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında turun mərkəzi oyunu “Mançester Siti” və “Liverpul” arasında birincilərin meydanında keçiriləcək. Bu gün təşkil olunacaq matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. Lider “Arsenal” isə saat 18:00-da öz meydanında “Lids”i sınağa çəkəcək.
Almaniya Bundesliqasında çempionluğa əsas iddialılar - “Bavariya” və “Borussiya” münasibətlərinə aydınlıq gətirəcəklər. Bu gün Münhendə keçiriləcək görüş Bakı vaxtı ilə 20:30-da başlayacaq.
İtaliya A Seriyasında son çempion və hazırkı lider üz-üzə gələcəklər. Əla mövsüm keçirən “Napoli” sabah keçiriləcək oyunda “Milan”ın müqavimətini qırmağa çalışacaq. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.
İspaniya La Liqasında “Barselona” “Elçe” səfərinə yollanacaq, “Real” isə öz meydanında “Valyadolid”i sınağa çəkəcək.
Fransa Liqa 1-də turun mərkəzi oyunu PSJ və “Lion” arasında Parisdə keçiriləcək.
Türkiyə Super Liqasında bu həftə derbi var. “Fənərbağça” və “Beşiktaş” sabah birincilərin meydanında güclünü müəyyənləşdirməyə çalışacaqlar. Matç Bakı vaxtı ilə 21:30-da start götürəcək. Lider “Qalatasaray” isə bu gün “Adana Demirspor”u sınağa çəkəcək.
Həftəsonunun ən maraqlı oyunları
1 aprel
İngiltərə Premyer Liqası
15:30. “Mançester Siti” - “Liverpul”
18:00. “Arsenal” - “Lids”
20:30. “Çelsi” - “Aston Villa”
Almaniya Bundesliqası
20:30. ”Bavariya” - “Borussiya Dortmund”
İtaliya A Seriyası
20:00. “İnter” - “Fiorentina”
22:45. “Yuventus” - “Verona”
İspaniya La Liqası
23:00. “Elçe” - “Barselona”
Türkiyə Super Liqası
21:30. “Qalatasaray” - “Adana Demirspor”
2 aprel
İngiltərə Premyer Liqası
19:30. “Nyukasl” - “Mançester Yunayted”
Fransa Liqa 1
22:45. PSJ - “Lion”
İtaliya A Seriyası
22:45. “Napoli” - “Milan”
İspaniya La Liqası
18:15. “Real Madrid” - “Valyadolid”
23:00. “Atletiko Madrid” - “Betis”
Türkiyə Super Liqası
21:30. “Fənərbağça” - “Beşiktaş”