Azərbaycanlı iş adamının klubu fəaliyyətini dayandıra bilər

22:01 - 31 Mart 2023

Azərbaycanlı iş adamının klubu fəaliyyətini dayandıra bilər

Rusiya Premyer Liqasında çıxış edən "Ximki" klubu cari mövsümün sonunda fəaliyyətini dayandıra bilər.

 

Manset.az  xəbər verir ki, bu barədə insayder Sergey İlyev teleqram kanalında paylaşım edib.

Onun sözlərinə görə, Ximki şəhərinin eyniadlı təmsilçisi elitadakı yerini itirərsə, rəhbərlik klubu maliyyələşdirməyəcək. Azərbaycanlı iş adamı Tufan Sadıqovun da səhmdarı olduğu "qırmızı-qaralar"ın idarə heyətini tərk edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Ximki" klubu 20 turdan sonra 13 xalla 15-ci pillədə qərarlaşıb.

Onu da vurğulayaq ki, "Ximki"nin əvəzedici komandasının baş məşqçisi Azərbaycan yığmasının sabiq üzvü Nazim Süleymanovdur. Onun köməkçisi də azərbaycanlı mütəxəssis Emin Ağayevdir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin